Alimlər Günəşdə vəziyyətin çərşənbə axşamı, mayın 20-nə qədər sabitləşəcəyini proqnozlaşdırıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.
"Günəş küləyinin parametrləri proqnozlaşdırılandan daha sürətlə azalır: son 24 saat ərzində günəş küləyinin sürəti saniyədə 600-dən 550 kilometrə, temperatur isə 600-700-dən 100-200 min dərəcəyə enib. Bundan əlavə, maqnit sahəsinin induksiyası azalır", - deyə hesabatda deyilir. pizza
Mütəxəssislərin fikrincə, tac dəliyinin indiki yeri Yer üçün birbaşa təhlükə yaratmır.
Xatırladaq ki, bundan əvvəl Yer kürəsini maqnit qasırğası bürümüşdü.
Telegram kanalımız