Əhalinin NƏZƏRİNƏ: Bundan sonra məzar daşları BELƏ OLACAQ

saytların hazırlanması

Evə çatdırılma

Əhalinin NƏZƏRİNƏ: Bundan sonra məzar daşları BELƏ OLACAQ

Sosial

12 Avqust 2025 16:59 50595


“Təmtəraqlı məzar daşlarının tamamilə ləğvi ilə bağlı qərar verilərsə, bu, mövcud qəbirlərə tətbiq olunmayacaq”.

Bu fikirləri KONKRET.az-a ilahiyyatçı Fazil Əhməd səsləndirib. Qanunvericilikdə qəbul olunan qərarlar yalnız həmin tarixdən sonrakı dövrə şamil edilir.

Onun sözlərinə görə, köhnə məzar daşlarının sökülərək standart nümunələrlə əvəzlənməsi ehtimalı azdır: pizza sifarişi

“Çünki belə məzar daşlarını qoyanlar arasında çox sayda vəzifəli və imkanlı insanlar var. Ümumiyyətlə, varlı təbəqə buna daha çox meyilli olur” – deyə ilahiyyatçı vurğulayıb.

Fazil Əhməd xristian məzarlıqlarındakı nümunəni misal gətirərək orada bütün məzar daşlarının eyni standartda, sadə və nizamlı şəkildə yerləşdiyini qeyd edib.

O, Bakıdakı qəbiristanlıqların dolduğunu, hətta köhnə qəbirlərin üstündə dəfnlərin aparıldığını bildirib. İlahiyyatçı yeni qəbiristanlıqların şəhər kənarında salınmasını və burada standart məzar daşlarının tətbiqini məqsədəuyğun sayır:

“Şəhərin çıxacağında boş ərazilər var, orada yeni məzarlıqlar salmaq olar. Bu, həm də şəhər daxili tıxacın qarşısını alar. Hazırda hətta rayon sakinləri də vəfat edən yaxınlarını Bakıda dəfn etdirməyə çalışır”.

Fazil Əhməd əlavə edib ki, belə bir qərar qəbul olunsa belə, onun köhnə qəbirlərə şamil ediləcəyi inandırıcı deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Elsad
    Görəsən bunu məsləhət görənin öz qohumlarının dəfn olunduğu yer və məzarlıq necədir?? Bu görməmişdiy ancaq bizim millətddədir böyük ev maşın, hətdda qəbir. Ən birinci qəbiristanlığında yer satışı dayandırılmalıdır insan ölüb gedir son anında belə pulla yer satırlar, and olsun ALLAHa belə rəzalət hecyerdə hecbir ölkədə yoxdur
    9 months ago
  • Cicek
    Kohne qebirlerin ustunde defn aparirlar ?Bu nece meqsede uygundur ?Allahdan qorxmurlar goresen
    9 months ago
  • Həqiqəyt
    Doğru bundan sonra dünyasını dəyişənlər standarta uyğun qəbir daşı qoya bilər. Amma rayonda yaşayan kimsə öz rayonunu qoyub Bakı şəhərində basdırılmasını istəməzlər. Hər kəsə öz yaşadığı yer əzizdir. Eləcə də mənim Şirvan şəhərim
    9 months ago
  • Akif
    Səhv fikirdir. Bizdə kim ölübsə ya rayon mərkəzində, ya da nəslimizin olduğu dağ kəndində basdırılıb. İnsanlar işsizliyə görə böyük şəhərlərə can atsalarda öz kənd və rayonunda dəfn olunmağa üztünlük verirlər. O ki, qaldı çaşmışlara onlar ölümdəndə rekla m edirlər.
    9 months ago
  • Qurban
    Siz mezar daslarindan yox, məzar yerlərinin qiymətindən danışın.Məzar yerlərinin bir nəfər üçün qiyməti neçəyədir.Və bu qiymətlərin ölülərə nə dəxli var.Olmusəm aparın dəfn edin.Hökumət yəqin ki, buna nəzarətiarti artıracaq.Yoxś ölü ortalıqda qalacaq.Allah şükür özü aparıb basdirar
    9 months ago