Əhalinin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Əhalinin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sosial

23 Aprel 2025 21:17 728


Sabah saat 09:00-dan Abşeron rayonunun bir hissəsində qaz təchizatı dayandırılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, buna səbəb "Qaradağ-Sumqayıt" yüksəktəzyiqli magistral qaz kəmərində görüləcək təmir-bərpa işləridir. pizza mizza

"Qaz təchizatı dayandırılan müddətdə Xırdalan şəhərinin Yoncalıq və Quşçuluq massivlərinin, İlham Cəfərov küçəsinin, 26-cı məhəllənin, Müşfiqabad, Pirəkəşkül, Ceyranbatan, Saray, Aşağı Güzdək, Hökməli qəsəbələrinin, Qobu qəsəbəsinin bir hissəsinin, Qobustan və Çaylı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!