Əhalinin orta boyu və çəkisi açıqlandı - Maraqlı statistika

saytların hazırlanması

Evə çatdırılma

Əhalinin orta boyu və çəkisi açıqlandı - Maraqlı statistika

Sosial

19 Avqust 2025 22:19 590


Azərbaycanda 15 yaşdan yuxarı əhalinin orta boyu 167,4 santimetr, orta çəkisi isə 69,7 kiloqram təşkil edir.

Yenisabah.az xəbər verir ki, bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, 15-19 yaşlı şəxslərin orta boyu 160,3 santimetr, çəkisi 53,6 kiloqramdır. pizza mizza

20-44 yaş qrupunda bu göstəricilər müvafiq olaraq 168,3 santimetr və 68,7 kiloqram, 45-64 yaş aralığında isə 168,4 santimetr və 74,3 kiloqramdır.

Ümumilikdə, kişilərin orta boyu 171,5 santimetr, orta çəkisi 73,8 kiloqram, qadınlarda isə 163,7 santimetr və 66,1 kiloqramdır.

65 yaş və yuxarı şəxslərin orta boyu 167 santimetr, çəkisi isə 73,8 kiloqram təşkil edir.

Bundan başqa, ölkədə 15 yaşdan yuxarı əhalinin 9,8 faizinin artıq çəkiyə malik olduğu müəyyənləşib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!