Əhaliyə şad xəbər –   Bu xidmət sahəsi UCUZLAŞIR

saytların hazırlanması

Evə çatdırılma

Əhaliyə şad xəbər – Bu xidmət sahəsi UCUZLAŞIR

Sosial

16 May 2025 12:00 915


“Yay mövsümünün yaxınlaşması ilə regionlarımızda yerləşən otellərdə doluluq səviyyəsi ənənəvi olaraq yenə də yüksəlib. Həftəsonları otellərin doluluğu 70-80 faiz artıb. Həftəiçi müəyyən boşluqlar müşahidə olunsa da, məktəblərin bağlanması ilə bu yerlərin də tezliklə dolması gözlənilir”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında turizm məsələləri üzrə ekspert Rəhman Quliyev bildirib. Daxili turizmdə seçim edərkən həm büdcə, həm də rahatlığı qorumaq haqqında danışan ekspert səyahət planları quran insanlara vacib detalları açıqlayıb:

“Pandemiya öncəsi dövrlə müqayisədə bu il vəziyyət xeyli fərqlidir. Əgər əvvəlki illərdə turistlərin böyük bir qismi qonşu ölkələrə, xüsusilə Gürcüstan və Rusiyanın bizə yaxın əyalətlərinə üz tuturdusa, bu gün quru sərhədlərin bağlı olması səbəbindən həmin turist axını yerli bölgələrə yönəlib. Avtobus və şəxsi avtomobillə səfər edən, adətən daha sərfəli büdcəyə malik turistlər bu il Azərbaycanın müxtəlif bölgələrinə maraq göstərirlər. Sezar pizza

Xüsusən, işğaldan azad olunan ərazilərə, Şuşa, Laçın və Xankəndi istiqamətində günlük və həftəlik turlar təşkil olunur. Yeni turizm destinasiyalarının meydana çıxması regionlar arasında sağlam rəqabətin formalaşmasına səbəb olub. Qarabağ bölgəsində yerləşmə infrastrukturu artdıqca, ənənəvi olaraq yay turizminin mərkəzinə çevrilən Qusar, Quba, Şəki, Qax, Zaqatala və Balakən bölgələrində yüklülük nisbətən azalacaq. Bu isə qiymətlərə də təsirsiz ötüşməyəcək.

Əvvəllər yerləşmə imkanlarının məhdudluğu səbəbilə bu bölgələrdə qiymət artımı müşahidə olunurdu. Lakin bu il Qarabağda yeni yerləşmə məkanlarının açılması ilə qiymətlərdə müəyyən stabillik, hətta eniş ehtimalı da var”.

R.Quliyev onu da vurğulayıb ki, quru sərhədlərin bağlı qalması və Rusiyanın yaxın ərazilərinə təyyarə reyslərinin təxirə salınması turizm bazarında daxili səfərlərə marağı daha da artırıb:

“Bu amillər yaxın gələcəkdə daxili turizmin güclənməsinə və yeni istiqamətlərin populyarlaşmasına səbəb olacaq. Növbəti illərdə isə qiymətlərin daha da aşağı düşməsi gözlənilir. Qarabağ bölgəsinin füsunkar təbiəti və yeni turizm imkanları regiona olan marağı artıracaq. Cənab Prezidentin verdiyi məlumata əsasən, yaxın vaxtlarda Xankəndidən Şuşaya kanat yolu istifadəyə veriləcək. Bu infrastruktur layihəsi turizm axınını əhəmiyyətli dərəcədə sürətləndirəcək”.

Aytac Şahin


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!