Əhaliyə şad xəbər - 1400 iş yeri açılacaq

saytların hazırlanması

Evə çatdırılma

Əhaliyə şad xəbər - 1400 iş yeri açılacaq

Sosial

21 Oktyabr 2019 13:52 1555


Azərbaycanda 1400-ə yaxın iş yeri açılacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyində keçirilən Kollegiya İclasında İqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.

O bildirib ki, sənayenin inkişafında yeni və mütərəqqi mexanizmlərdən olan sənaye məhəllələrinin təşkili davam etdirilir. Dominos pizza

“Artıq ölkə regionlarında dörd sənaye məhəlləsi yaradılıb. Bu sənaye məhəllələrində 38 rezident qeydiyyatdan keçib və bunlardan 22-si artıq fəaliyyət göstərir. Sənaye məhəllələrinə indiyədək sahibkarlar tərəfindən 53,8 milyon manat investisiya yatırılıb, 650-dən çox iş yeri açılıb”.

Nazir deyib ki, sənaye məhəllələrinə daha 90 milyon manatdan çox sərmayə yatırılacaq ki, bu da əlavə olaraq 1400-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!