Əhaliyə ŞAD XƏBƏR! Uşaqlar üçün verilən pulun məbləği artacaq

saytların hazırlanması

Evə çatdırılma

Əhaliyə ŞAD XƏBƏR! Uşaqlar üçün verilən pulun məbləği artacaq

Sosial

19 May 2025 10:19 670


Bu ilin yanvar-fevral aylarında doğulan 15 min 971 körpənin 53,8 faizi oğlan, 46,2 faizi isə qızdır.

“Yeni Sabah” Xezerxeber.az-a istinadən xəbər verir ki, bu rəqəmlər Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlarda öz əksini tapıb.

Ekspertlər hesab edirlər ki, oğlan-qız nisbətindəki bu fərqin əsas səbəbi selektiv abortlardır. Bu məsələ ölkədə təhlükəli hal alıb, qızların bioloji artım göstəriciləri oğlanlara nisbətdə enib. Oğlanlar bioloji normadan çox doğulurlar, qızlar isə az. Bəs çıxış yolu nədir? pizza

Sosioloq Üzeyir Şəfiyev deyir ki, bu cür vəziyyət uzunmüddətli dövrdə ölkədə demoqrafik problemə gətirib çıxaracaq. Eyni zamanda genefonda da təsir edəcək.

Ekspert deyir ki, paralel olaraq nəsilvermə əmsalı da kəskin azalıb. 1962-ci ildə bu əmsal Azərbaycanda yüksək səviyyədə olub. Həmin dövrdə bir qadına 6 uşaq düşdüyü halda, indi bu rəqəm təxminən 2-yə enib. Buna görə də dünya üzrə ən kritik ölkələr sırasındayıq. Bu mənada stimullaşdırıcı addım olaraq doğulan qız uşaqlarına verilən birdəfəlik müavinətlər artırıla bilər. İlk uşaqda verilən müavinətdən fərqli olaraq, ikinci və üçüncü qız uşağının doğulması zamanı bu müavinətin daha da artırılması məqsədəuyğun olar. Eyni zamanda, geniş maarifləndirmə işləri də aparılmalıdır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!