Əhaliyə XƏBƏRDARLIQ! Bu xəstəlik yenə sürətlə yayılır, simptomları isə...

saytların hazırlanması

Evə çatdırılma

Əhaliyə XƏBƏRDARLIQ! Bu xəstəlik yenə sürətlə yayılır, simptomları isə...

Sosial

29 Sentyabr 2025 10:18 2127


İngiltərədə COVID-19-un yeni "Stratus" ştammı sürətlə yayılmağa başlayıb.

Musavat.com xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu variant xüsusilə səsdə dəyişiklik – boğuq və kəsik danışıqla seçilir. Bununla yanaşı, klassik simptomlar – öskürək, boğaz ağrısı, yorğunluq və burun axması da müşahidə olunur.

"Stratus" ilk dəfə 2025-ci ilin yanvarında Cənub-Şərqi Asiyada qeydə alınıb və artıq 38 ölkədə yayılıb. İngiltərədə isə XFG.3 alt ştammı iyun ayından yoluxmaların 40%-ni təşkil edir. pizza sifarişi

ÜST bu variantı “nəzarət altında olan ştamm” kateqoriyasına daxil edib. Həkimlər qeyri-adi simptomlar hiss edən şəxslərə test verməyi və tibbi məsləhət almağı tövsiyə edirlər.

İnsanlara peyvənd və şəxsi gigiyena qaydalarına əməl etməklə qorunmaq məsləhət görülür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!