Əhaliyə XƏBƏRDARLIQ edildi - 5 apreldə 5 bal gücündə…

saytların hazırlanması

Evə çatdırılma

Əhaliyə XƏBƏRDARLIQ edildi - 5 apreldə 5 bal gücündə…

Dünya

03 Aprel 2025 11:43 1130


Aprel ərzində Yer kürəsində bir neçə geomaqnit qasırğası proqnozlaşdırılır.

Musavat.com xəbər verir ki, bu qasırğaların bəzi günlərdə meteohəssas insanlara və texnoloji sistemlərə təsir göstərə biləcəyi bildirilir.

İlk maqnit qasırğası aprelin 5-də baş verəcək və G3 səviyyəli, yəni 5 ballıq gücə malik olacaq. Dominos pizza

Bu qasırğa avadanlıqların işinə təsir edə bilər və meteohəssas insanlar üçün ciddi stresslə nəticələnə bilər. 

Aprelin 6 və 7-də maqnit aktivliyi azalacaq.

Maqnit qasırğaları zamanı meteohəssas insanlar baş ağrısı, yorğunluq, yuxusuzluq və digər narahatlıqlar hiss edə bilərlər. Belə günlərdə fiziki və emosional yüklənmədən qaçmaq, düzgün qidalanmaq və kifayət qədər istirahət etmək məsləhət görülür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!