Əhaliyə XƏBƏRDARLIQ edildi - Sabahdan başlayaraq...

saytların hazırlanması

Evə çatdırılma

Əhaliyə XƏBƏRDARLIQ edildi - Sabahdan başlayaraq...

Sosial

05 Sentyabr 2025 11:52 1043


Sentyabr ayında Yer kürəsini bir neçə dəfə maqnit qasırğasının təsiri altına alacağı gözlənilir. Alimlər bildirirlər ki, Günəşdən yayılan güclü plazma axınları Yerin maqnit sahəsinə təsir göstərərək dalğalanmalara səbəb ola bilər.

Musavat.com xəbər verir ki, bu proseslər xüsusən ürək-damar xəstəlikləri olan insanlar, habelə təzyiq və yuxu pozğunluğundan əziyyət çəkənlər üçün narahatlıq yarada bilər. Baş ağrısı, yorğunluq, əsəbilik və diqqət dağınıqlığı da maqnit qasırğalarının təsiri nəticəsində müşahidə oluna bilər.

Bununla yanaşı, kosmik hava şəraitindəki dəyişikliklər texnoloji sistemlərə də təsirsiz ötüşmür. Peyk rabitəsində qısamüddətli nasazlıqlar, naviqasiya sistemlərində dəqiqlik problemləri və elektrik şəbəkələrində yüklənmələr mümkündür. Dördpendirli pizza

Sentyabr boyunca gözlənilən maqnit qasırğalarının vaxtı isə belədir: xüsusən 6–10, 14–17, 15–19, və 23 sentyabrda müəyyən dalğalanmalar mümkündür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!