Əhaliyə XƏBƏRDARLIQ - Günlərlə davam edəcək...

saytların hazırlanması

Evə çatdırılma

Əhaliyə XƏBƏRDARLIQ - Günlərlə davam edəcək...

Sosial

17 May 2025 22:22 4320


Mayın 17-nə keçən gecə Yer kürəsində orta güclü maqnit qasırğası başlayıb.

Bu barədə “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus öz telegram kanalında yazıb.

O bildirib ki, ulduzun səthindəki tac dəliklərindən birindən qaçan günəş küləyi planetin kosmik havasına təsir göstərməyə başlayıb. Nəticədə günəş küləyi planetlərarası maqnit sahəsinin komponentlərinin konfiqurasiyasını dəyişib, bunun sayəsində gecə saatlarından sonra Yerdə maqnitosferin zəif pozulmaları qeydə alınıb. pizza

Bakı vaxtı ilə saat 4-dən sonra bu pozulmalar güclənib və G2 sinifinin orta maqnit qasırğası səviyyəsinə çatıb. 

Sinoptikin qeyd etdiyi kimi, mayın 19-u daxil olmaqla, Yer kürəsi sürətli və sıx günəş küləyi axınında olacaq. Bu səbəbdən mayın 17-də və yaxın iki gündə planetin maqnit sahəsi pozulmuş vəziyyətdə qalmağa davam edəcək. Bu halda proses əsasən zəif gücə malik maqnit qasırğaları ilə müşayiət olunacaq. /Lent.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!