Əhəd Abıyev əsəbiləşdi: “Bunu kim deyirsə qələt edir”

saytların hazırlanması

Evə çatdırılma

Əhəd Abıyev əsəbiləşdi: “Bunu kim deyirsə qələt edir”

Sosial

08 Sentyabr 2025 11:38 2350


Sosial şəbəkədə keçmiş deputat və icra başçısı Əhəd Abıyevin səhhətində problem yarandığı barədə xəbər yayılıb.

“Yeni Sabah” xəbər verir ki, Modern.az xəbərlə bağlı Ə. Abıyevə zəng edib. “İndi yas yerindəyəm, sonra danışarıq” cavabını verən deputat səhhətində problem yarandığı barədə deyilənləri “top-tüfənglə” qarşılayıb:

“Bunu kim deyirsə qələt edir, səhv edir! Mən hər gün idmanla məşğul oluram, üzgüçülüyə gedib-gəlirəm. Xahiş edirəm bu məsələni qapadın, belə bir hal yoxdur. Mətbuata deyəsi əlavə sözüm yoxdur, mən siaysətdən tamamilə uzaqlaşmışam. Hazırda təqaüddəyəm”. Marqarita pizza

Əhəd Abıyev başqa bir açıqlamasının olmayacağını vurğulayaraq, jurnalistləri onu narahat etməməyə çağırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!