“Əhməd, sən böyük lider olacaqsan!” – Trampın məktubu

saytların hazırlanması

Evə çatdırılma

“Əhməd, sən böyük lider olacaqsan!” – Trampın məktubu

Dünya

03 Dekabr 2025 11:18 378


ABŞ prezidenti Donald Tramp Dəməşqə göndərdiyi əlyazma məktubunda Suriya və onun prezidenti Əhməd əl-Şaraya dəstəyini bir daha təsdiqləyib.

"Yeni Sabah" "Əl-Ərəbiyyə"yə itinadla xəbər verir ki,Tramp və əl-Şaraanın keçən ay Oval Kabinetdəki görüşünün fotosunun yer aldığı məktubu ABŞ səfiri Tom Barrack çatdırıb.

"Əhməd, sən böyük lider olacaqsan, ABŞ da kömək edəcək!" - deyə məktubda qeyd olunub. Sezar pizza

Tramp Suriya prezidentini tərifləyib və İsraili Suriya ilə danışıqları davam etdirməyə çağırıb.

"İsrailin Suriya ilə güclü və səmimi dialoqu davam etdirməsi və Suriyanın firavan bir xalqa çevrilməsinə mane olacaq heç bir şeyin baş verməməsi çox vacibdir", - Tramp sosial media platforması "Truth Social"da bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!