Əhmədinejad Rəfsəncaninin qızına vəzifə təklif etdi

saytların hazırlanması

Evə çatdırılma

Əhmədinejad Rəfsəncaninin qızına vəzifə təklif etdi

Dünya

14 Aprel 2021 15:28 743


“Əhmədinejad mənə birinci vitse-prezident vəzifəsini söz verib”.

Yenisabah.az xəbər verir ki, bunu “Clubhouse” virtual platformasında çıxışı zamanı İranın sabiq prezidenti Rəfsəncaninin qızı Faizə Haşimi bildirib.

“Əhmədinejad builki prezident seçkilərinə qatılmağımı istəyib. O, mənə birinci vitse-prezident olmağı təklif edib. Tövsiyəsini qəbul etmədim, çünki 2009-cu ili unuda bilmirəm”. Dominos pizza

Son cümləsi ilə eks-prezidentin qızı mübahisəli prezident seçkilərini nəzərdə tutub. Həmin il Musəvi-Əhmədinejad duelində sonuncu qalib elan edilib. Bundan başqa, Mir Hüseyn Musəviyə verdiyi dəstəyə görə, Haşimi Rəfsəncani şifahi hücumlara məruz qalıb.

Faizə Haşimi müstəqil namizəd kimi də 2021-ci ilin prezident seçkilərində iştirak etmək istəyində olmadığını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!