Qış fasiləsində "Keşlə"dən göndərilən ilk futbolçu bəlli olub.
"Yeni Sabah" klubun rəsmi saytına istinadən xəbər verir ki, Tərlan Əhmədovun komandası qapıçı Şahin Zəkiyevlə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib. Sosial şəbəkədə klubdan ayrılacaq futbolçular içində yarımmüdafiəçi Ziya Əzizovun da adı çəkilir. Lakin bununla bağlı klub rəsmi məlumat yaymayıb.
Bundan əlavə, "Səbail"in kapitanı Rahid Əmirquliyevin də qış fasiləsində klubu tərk edib "Keşlə"yə keçə biləcəyi haqqında söyləntilər var. Eyni zamanda xaricdən təklifləri olan Vüsal İsgəndərli Tərlan Əhmədovun qərarı ilə mövsüm sonuna kimi klubda qalacaq. Toyuqlu pizza
Lider "Qarabağ"dan 8 xal fərqlə geridə olan "Keşlə" ən yaxın izləyicisi olan "Neftçi"ni (25 xal) qış fasiləsindən sonra keçməkdə niyyətlidir. Buna görə də, qış fasiləsində kluba "əl gəzdiriləcək".
Tərlan Əhmədovun qərarı ilə kluba müqəddaratı həll edə biləcək oyunçuların gətiriləcəyi gözlənilir.
Naibə Məmmədova
Telegram kanalımız