Ehtiyacı olanlara bir ay pulsuz çörək verəcək

saytların hazırlanması

Evə çatdırılma

Ehtiyacı olanlara bir ay pulsuz çörək verəcək

Sosial

05 Aprel 2020 12:26 1078


Koronavirus infeksiyasının dünyanı cənginə alması müxtəlif xeyirxah aksiyalarla müşahidə edilir. Pandemiyaya qarşı mübarizəyə hər kəs öz töhfəsini verir.

Yenisabah.az xəbər verir ki, virus nəticəsində işsiz qalan insanlara kömək edənlərin sırasına Arif Durhan adlı Trükiyə vətəndaşı da qoşulub. İzmir şəhərində bir çörək mağazasının sahibi olar Arif Durhanın 38 yaşı var, 4 uşaq atasıdır.

Durhan ailəsini güclə dolandırsa da, xeyirxahlıq etməkdən çəkinmir. “İstədim ki, bu çətin günlərdə mənim də insanlara faydam dəysin. Ehtiyacı olan, işsiz qalan izmirlilər bir ay müddətində mənim mağazamdan hər gün pulsuz 4 çörək ala bilərlər” – deyə, mağaza sahibi bildirib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!