Ehtiyatda olan hərbçilərin təlim toplanışı davam edir - MN

saytların hazırlanması

Evə çatdırılma

Ehtiyatda olan hərbçilərin təlim toplanışı davam edir - MN

Maraqlı

17 May 2023 12:11 837


Azərbaycan müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirməsi məqsədilə “N” hərbi hissəsində keçirilən təlim toplanışı davam edir.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlim çərçivəsində Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Elşad Əbilov toplanışın keçirildiyi hərbi hissəni ziyarət edib, çağırışçıların qayğıları ilə maraqlanıb. Sezar pizza

Ehtiyatdan çağırılan hərbi vəzifəlilərlə görüşən polkovnik E.Əbilov təlim toplanışının əhəmiyyətindən danışıb.

Bildirilib ki, hərbi vəzifəlilər xidmət zamanı qazandıqları döyüş vərdişlərini, təcrübələrini unutmamalı, istənilən döyüş şəraitinə mənəvi-psixoloji hazırlıqlı olmalıdırlar.

Görüşdə, həmçinin milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda maarifləndirici söhbətlər aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!