Əjdər Ol yenidən Ali Məhkəməyə müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

Əjdər Ol yenidən Ali Məhkəməyə müraciət etdi

Hadisə

18 Aprel 2024 19:29 554


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri, məhkum yazıçı Əjdər Cəbiyev (Əjdər Ol) Ali Məhkəməyə müraciət edib. 

Qaynarinfo-nun məlumatına görə, işə Ali Məhkəmənin hakimi Vidadi Cəfərovun sədrliyi ilə baxılacaq.

Ötən ilin avqust ayında Əjdər Ol cəzasının yüngülləşdirilməsi üçün kassasiya şikayəti vermişdi. Ötən ilin dekabr ayında apellyasiya qərarından verilmiş kassasiya şikayətini geri götürmüşdü.  pizza hut

Qeyd edək ki, Əjdər Cəbiyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə, külli miqdarda törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (Rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə) və 311.3.3-cü (Rüşvət alma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. 

Əjdər Cəbiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən səkkiz il altı ay müddətinə azdlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi sonradan həbs müddətini üç ay azaldıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!