Əjdər Olun məhkəməsi başlayır

saytların hazırlanması

Evə çatdırılma

Əjdər Olun məhkəməsi başlayır

Kriminal

23 Dekabr 2021 09:38 1169


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri, rüşvət almaqda təqsirləndirilən Əjdər Cəbiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Yenisabah.az-ın məlumatına görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə məhkəmə prosesinə hakim Əfqan Hacıyev sədrlik edəcək. Sezar pizza

Xatırladaq ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, sürücüsü və nazirliyin aparat rəhbəri Əjdər Cəbiyev rüşvət almaqda təqsirləndirilərək Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdı.

Əjdər Cəbiyev nazirliyin sabiq aparat rəhbəri olmaqla yanaşı Əjdər Ol imzası ilə yazıçı kimi fəaliyyət göstərib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!