Faiq Xudayev yüksək vəzifəyə təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Faiq Xudayev yüksək vəzifəyə təyin olundu

Sosial

08 Yanvar 2020 17:07 4390


Kənd Təsərüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutuna yeni direktor təyin edilib.

"Yeni Sabah" xəbər verir ki, bu, Faiq Xudayevdir.

O, indiyə qədər Mərkəzin şöbə müdiri olub və yeni vəzifəsində Cavanşir Təlaini əvəz edib. Toyuqlu pizza

Xatırladaq ki, F.Xudayev Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetini aqronomluq ixtisası üzrə bakalavr pilləsində fərqlənmə diplomu ilə bitirib, Əkinçilik Elmi-Tədqiqat İnstitutunda seleksiya və toxumçuluq ixtisası üzrə aspirantura pilləsində təhsil alıb, həmin institutunun bitki seleksiyası şöbəsində çalışıb. O, aqrar elmlər üzrə fəlsəfə doktorudur. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!