Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiyasının yeni tərkibi təsdiqləndi

saytların hazırlanması

Evə çatdırılma

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiyasının yeni tərkibi təsdiqləndi

Siyasət

17 Avqust 2020 21:40 1690


Nazirlər Kabineti “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının tərkibi haqqında” qərar verib.

Yenisabah.az xəbər verir ki, qərara əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiya üzvlərinin sayı 13 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri Pepperoni pizza

- Ekologiya və Təbii Sərvətlər naziri

Kollegiyanın üzvləri:

- Ekologiya və Təbii Sərvətlər nazirinin müavinləri;

- Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri;

- Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının rəhbəri;

- Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının ekoloji siyasət şöbəsinin müdiri;

- Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının hüquq məsələləri şöbəsinin müdiri;

- Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri;

- Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri;

-Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi;

- Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi;

- Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiyasının yeni tərkibinin təsdiqlənməsi ilə əlaqədar  “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiya üzvlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 129 nömrəli Qərarı ləğv edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!