Əkrəm İmamoğlu nə qədər həbsdə qalacaq? -   Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Əkrəm İmamoğlu nə qədər həbsdə qalacaq? - Rəsmi açıqlama

Siyasət

20 Mart 2025 12:55 996


Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu və digər bələdiyyə rəhbərlərinin həbsi ilə bağlı son məlumatlar açıqlanıb.

APA "Hüriyyet” qəzetinə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan iki ayrı istintaq çərçivəsində, Əkrəm İmamoğlu, Şişli Bələdiyyə sədri Resul Emrah Şahan və Beylikdüzü Bələdiyyə sədri Mehmet Murat Çalık da daxil olmaqla, ümumilikdə 106 nəfər haqqında həbs qərarı verilib. Hazırda 87 nəfərin ifadəsi alınır. İmamoğlunun neçə gün həbsdə qalacağı və İBB-yə qəyyum təyin edilib-edilməyəcəyi ilə bağlı suallar gündəmdədir.

Daxili İşlər Naziri Ali Yerlikaya sosial mediada provokativ paylaşımlar edən 261 hesabın müəyyən edildiyini və bu paylaşımları edənlərdən 37 şübhəlinin saxlanıldığını açıqlayıb. Saxlanılan şəxslərin ifadələri alınır, digər şübhəlilərin tutulması istiqamətində işlər davam etdirilir. Dördpendirli pizza

Hüquqşünas Levent Ersin Orallı Əkrəm İmamoğlunun vəzifəsindən uzaqlaşdırılması və ya həbs edilməsi halında, qanunlara əsasən, İBB-yə qəyyum təyin edilməsinin mümkün olduğunu bildirib. Bu prosesin necə həyata keçiriləcəyi və müddəti ilə bağlı rəsmi açıqlamalar gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!