Əkrəm İmamoğluna qarşı irəli sürülən ittihamlar AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Əkrəm İmamoğluna qarşı irəli sürülən ittihamlar AÇIQLANDI

Dünya

16 İyun 2025 17:35 256


Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğluna qarşı yönəldilən ittihamlar açıqlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

İmamoğlu "terrorla mübarizə aparan şəxsləri hədəf göstərmək", "dövlət məmurunu vəzifəsinə görə açıq şəkildə təhqir etmək" və "təhdid" maddələri üzrə mühakimə olunur. Toyuqlu pizza

Məhkəmə iclasında Əkrəm İmamoğlu və onun vəkilləri iştirak ediblər. CHP sədri Özgür Özəl və partiyanın digər üzvləri də məhkəməyə qatılıblar.

İttihamlar sübuta yetirilərsə, İmamoğlu 2 il 8 aydan 7 il 4 aya qədər azadlıqdan məhrum edilə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!