Ekrem İmamoğlunun vəkili saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Ekrem İmamoğlunun vəkili saxlanıldı

Dünya

28 Mart 2025 10:31 341


Türkiyədə korrupsiya istintaqı çərçivəsində həbs edilən və vəzifəsindən uzaqlaşdırılan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlunun vəkili Mehmet Pehlivan İstanbul Baş Prokurorluğu tərəfindən saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.

Məlumata görə, prokurorluq tərəfindən aparılan istintaq çərçivəsində Mehmet Pehlivan barəsində "Cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərinin leqallaşdırılması" maddəsi üzrə saxlanılma qərarı verilib. Daha sonra Pehlivan polis tərəfindən evində nəzarət altına alınıb. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!