Eks-baş nazir: “Güclə beş addım atıram”

saytların hazırlanması

Evə çatdırılma

Eks-baş nazir: “Güclə beş addım atıram”

Siyasət

07 Avqust 2025 12:37 402


Sabiq Baş naziri Artur Rasi-zadə Xalq yazıçısı Elçin Əfəndiyevin vida mərasiminə qatılmaması danışıb.

Yenisabah.az manşet-ə istinadla xəbər verir ki, o, səhhətində problemlər olduğunu bildirib:

“Mən güclə beş addım atıram. Qan təzyiqim yüksəkdir, mənim üçün bu istilərdə çölə çıxmaq çox çətindir. Elçinin həyat yoldaşı ilə danışdım, başsağlığı verdim. Səhhətimlə bağlı vida mərasiminə getməmişəm. Dominos pizza

Elçin Əfəndiyevlə çox yaxşı münasibətim olub. Onun kiçik qızı ilə nəvəm rəfiqədir. Yanıma da gəlmişdilər. Bu cür iddialar əsassızdır, boş, axmaq söhbətlərdir. İnsanıq, xəstə ola bilərik, 90 yaşım var. Başqa nə ola bilər ki?! Mənim yeganə qızım da, nəvəm də orada iştirak edib. Mərasimə əklil də göndərmişəm”.

Elçin Əfəndiyev 1993-cü ildən 2018-ci ilə qədər Azərbaycan Baş nazirinin müavini vəzifəsində çalışıb. O, 1996-cı ildən ölkənin sabiq Baş naziri Artur Rasi-zadə ilə birgə işləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!