Ermənistanın keçmiş baş naziri Ovik Abramyana məxsus əmlaka həbs qoyulub.
Yenisabah.az “Aysor”a istinadla xəbər verir ki, ona qarşı başladılan cinayət işi üzrə istintaq başa çatıb.
Prokurorluqdan bildirilib ki, Abramyana məxsus əmlaka iddianın təmin edilməsi vasitəsi kimi qanunsuz mənşəli əmlakın müsadirəsi prosesi çərçivəsində həbs qoyulub. pizza hut
Sentyabrın 5-də Ovik Abramyan və ailə üzvləri Ermənistan Baş Prokurorluğuna çağırılıb. O, Dilicanda qanunsuz torpaq sahəsi əldə etməkdə ittiham olunur. Abramyana məxsus əkin sahələri 15 il müddətinə qanunsuz əldə edilən su ilə suvarılıb. Dövlət nəzarət xidməti ona məxsus istixanalarda qanunsuzluqlar aşkarlayıb.
O.Abramyan 2014-cü il aprelin 13-dən 2016-cı il sentyabrın 8-dək baş nazir olub.
Telegram kanalımız