Eks-səfirdən xəbərdarlıq: “Münasibətləri pozmağa çalışacaqlar“

saytların hazırlanması

Evə çatdırılma

Eks-səfirdən xəbərdarlıq: “Münasibətləri pozmağa çalışacaqlar“

Rəsmi

24 May 2022 11:41 1070


"Tehran-Bakı münasibətlərindəki müsbət irəliləyişləri nəzərə alaraq, keçmişdə olduğu kimi, bəzi regionlararası aktorlar, iflaskar millətçilər və onlara bağlı media iki xalq arasında dostluq münasibətlərini pozmaq üçün xüsusilə kiberməkanda hərəkətə keçə bilər".

Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bunu İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin bildirib.

Onun sözlərinə görə, iki ölkənin yüksək vəzifəli şəxslərinin qarşılıqlı səfərləri münasibətlərin möhkəmləndirilməsi istiqamətində siyasi iradənin və tərəflər arasında yüksək etimadın rəmzinə çevrilib. Bu səfərlər zamanı İran vasitəsilə Şərqi Zəngəzur bölgəsinin Naxçıvan Muxtar Respublikasına nəqliyyat bağlantısı, elektrik enerjisinin nəqli, Xudafərin və Qız Qalası SES-lərin tikintisinin başa çatdırılması və s. razılaşmalar əldə olunub. Pepperoni pizza

"Əsas odur ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş Qarabağ bölgəsindən elektrik enerjisinin İran vasitəsilə Naxçıvana, Türkiyəyə və Avropa ölkələrinə ixracı qərara alınıb. Gələcəkdə İran şirkətlərinin Qarabağ elektrik stansiyalarının tikintisində, o cümlədən Qarabağda təhsil kompleksinin və xəstəxananın tikintisində iştirakı gözlənilir", - deyə eks-səfir qeyd edib.

O, digər müştərək layihələri də vurğulamağı unutmayıb:

"Bundan əlavə, Astaraçay sərhəd çayı üzərində yeni avtomobil və piyada körpüsünün tikintisi, eləcə də İranın Astara şəhərində yük terminalının tikintisinin cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Növbəti layihə Parsabad-İmişli dəmir yolunun tikintisi olacaq". 

Diplomat qeyd edib ki, İran və Azərbaycan Respublikası arasında Xudafərin və Parsabad bölgələrində iki yeni sərhəd nəzarət-buraxılış mətəqlərinin açılması və fəaliyyət göstərməsi barədə də razılıq var. "Bu, baş verərsə, ticarətin artmasına müsbət təsir göstərəcək. Hazırda Astara, Culfa, Biləsvar və Poldəşt sərhəd məntəqələrində 4 post aktivdir və avtomobillərin hərəkəti həyata keçirilir".

"Tehran-Bakı münasibətlərindəki müsbət irəliləyişləri nəzərə alaraq, keçmişdə olduğu kimi, bəzi regionlararası aktorlar, iflas etmiş millətçilər və onlara bağlı media iki xalq arasında dostluq münasibətlərini pozmaq üçün xüsusilə kiberməkanda hərəkətə keçə bilər. Dağıdıcı amilləri yaxşı bilən İran və Azərbaycan Respublikasının rəsmilərinin bir-birinin həssaslığını başa düşmək və iki ölkə arasında münasibətlərdə əldə olunan irəliləyişlərə diqqət yetirməklə strateji əlaqələrin inkişafına zəmin hazırlaması gözlənilir", - deyə sonda Möhsün Pakayin qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!