Eks-XİN rəhbəri Qarabağa buraxılmadı

saytların hazırlanması

Evə çatdırılma

Eks-XİN rəhbəri Qarabağa buraxılmadı

Rəsmi

01 Avqust 2022 11:56 1276


Ötən gecə Rusiya sülhməramlıları nəvəsinin xaç suyuna çəkilməsi mərasimi üçün Xankəndiyə gedən Ermənistanın eks-xarici işlər naziri Raffi Ovannisyanın Qarabağa girişinə rəsmən qadağa qoyub.

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bu barədə onun yaradıcısı olduğu “İrs” partiyası məlumat yayıb.

“Aqavno (Zabux - red.) keçid məntəqəsindəki rus hərbçiləri öz komandirlərinin əmrinə əsaslanıblar, giriş imtinasının dəqiq səbəbini bildirməyiblər. Lakin qadağanın həm də rəsmi İrəvandan verildiyini təsdiqləyiblər. pizza mizza

Bu qərardan xəbərsiz və çox təəccüblənən "Qarabağ hökuməti" uzun müddət qanunsuzluğa aydınlıq gətirməyə, məsələni çözməyə çalışsa da, cəhdlər boşa çıxıb", - deyə "İrs"in bəyanatında qeyd onur.

R. Ovannisyan qeyd edib ki, bunu yalnız bir şəxs edə bilər - "uğursuz lider", yəni Nikol Paşinyan.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!