Ekspert Etibar Əliyevin istefasından danışdı: “Bütün İctimai Şura buraxılmalıdır”

saytların hazırlanması

Evə çatdırılma

Ekspert Etibar Əliyevin istefasından danışdı: “Bütün İctimai Şura buraxılmalıdır”

Maraqlı

10 İyul 2023 21:25 1285


“Hörmətli deputat, Azərbaycanda təhsil eksperti institutunu yaradan, formalaşdıran dəyərli Etibar müəllim Elm və Təhsil Nazirliyi yanında İctimai Şura üzvlüyündən qeyri şəffaflığa görə istefa verdi. Bu bir daha sübut edir ki, nazirlik yanında İctima Şura təhsilin inkişafına maneədir. Belə ki, onlar çatışmazlıqları gizlədir və ancaq tərif ilə məşğul olurlar. Beləliklə, onlar Etibar müəllim kimi təhsil bilicisinin bilik və bacarıqlarını düzgün istifadə edə bilmədilər”.

Yenisabah.az xəbər verir ki, bunu ekspert Kamran Əsədov bildirib.

“Yadımda Təhsil Nazirliyi yanında İctimai Şuranın fəaliyyəti rayonların birində ayaqyolu ilə bağlı problemin həllinə nail olması ilə qalıb. Etibar müəllimə obyektiv mövqeyinə görə təşəkkür edirəm. Əslində bütün İctimai Şura buraxılmalıdır”, - K.Əsədov qeyd edib. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!