Ekspertdən nazirliyə dərslərin kompensasiyası ilə bağlı MARAQLI TƏKLİF

saytların hazırlanması

Evə çatdırılma

Ekspertdən nazirliyə dərslərin kompensasiyası ilə bağlı MARAQLI TƏKLİF

Sosial

23 Aprel 2020 15:08 790


"Bildiyimiz kimi, 3 martdan etibarən bütün təhsil müəssisələrində tədris prosesi dayanıb və  qüvvədə olan qərara görə 4 may ilk dərs günüdür. Bu müddət ərzində 4 447 orta məktəbdə 1.5 milyon şagird, 50-dən çox ali təhsil müəssisəsində 165 min tələbə, kollec və peşə təhsili müəssisələrində 30 minə qədər təhsil alan üçün ənənəvi dərs dayanıb və bu qədər insan evdədir. Hazırda hər kəs bir mövzu ilə maraqlanır ki, dərslər bərpa olunacaqmı, olunsa keçirilməyən dərslər necə kompensasiya olunacaq?".

Yenisabah.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. O, vəziyyətdən çıxış yolu kimi Kompensiya təhsili proqramının işlənib hazırlanmasını təklif edib:

"Düzdür, koronovirus epidemiyası ilə əlaqədar təhsil alanlar təhsilərini distant təhsil sistemi ilə davam etdirir. Bura Tele Dərs, Virtual Məktəb, müəllimlərin şəxsi təşəbbüsü ilə müəyyən proqramlarla keçdikləri onlayn dərslər, Təhsil Nazirliyi və DİM – in "YouTube" kanalındakı vəsaitlər də daxildir.   pizza

Amma onlayn sistemdə keçirilən dərslər heç də bütün şagirdlər üçün əlçatan deyil. Yəni 3 martdan etibarən keçirilməli olan bir çox dərsləri mənimsəməyən şagirdlər var. 

Təklifim Kompensiya təhsili proqramının işlənib hazırlanmasıdır. Yəni Təhsil Nazirliyi koronovirus dövrünə təsadüf edən mövzuların birləşdirilməsi, yığcamlaşdırılmasını əks etdirən tədris proramı hazırlamalıdır. 

Kompensiya təhsili bütöv bir dövr təhsili deyil, qismən və sürətlənmiş təhsil prosesidir. Bu prosesdə heç də tədris olunan bütün fənlər yox, zəruri akademik bilikləri formalaşdıran və növbəti sinif və pillələrdə vacib olan biliklərin verilməsini əks etdirən mövzu və paraqraflar tədris olunmalıdır. Kompensiya təhsilinin davam etmə  müddəti isə 4-6 həftə ola bilər".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!