Ekspress marşrut avtobusların hərəkət cədvəlində dəyişiklik edildi

saytların hazırlanması

Evə çatdırılma

Ekspress marşrut avtobusların hərəkət cədvəlində dəyişiklik edildi

Sosial

27 Mart 2020 17:18 824


Koronavirusun (COVİD-19 ) ölkəmizdə yayılmasının qarşısının alınması məqsədi ilə bir çox yerli və beynəlxalq istiqamətlər üzrə uçuşlar dayandırıldığından hava limanı-28 May H1 ekspress marşrut xətti üzrə avtobusların hərəkət cədvəlində dəyişiklik edilib. 

Yenisabah.az Bakı Nəqliyyat Agentliyinə istinadən bildirir ki, dəyişikliyə əsasən H1 ekspress xətti üzrə sərnişindaşıma yalnız həftənin cümə axşamı günü bir ədəd avtobus olmaqla həyata keçiriləcək. Həmin gün ekspress xətt avtobusu ilə 28 May metrostaniyasından hava limanına saat 08:00, 10:30 və 16:30 olmaqla 3 gediş reallaşdırılacaq. 

Bu vaxtlar Bakı-Moskva, Bakı-Naxçıvan və Bakı-London reyslərinin uçuş cədvəlinə uyğun olaraq müəyyənləşdirilib.  Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!