“Əl Cəzirə” Gəncənin bombalanmasında yazdı

saytların hazırlanması

Evə çatdırılma

“Əl Cəzirə” Gəncənin bombalanmasında yazdı

Dünya

15 Oktyabr 2020 16:28 918


Dünyanın nüfuzlu media quruluşlarından olan “Əl Cəzirə” telekanalının rəsmi internet səhifəsi Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən bombalanmasından yazıb. 

Yenisabah.az xəbər verir ki, Gəncədən hazırlanan reportajda Ermənistanın mülki əhalini hədəfə alması qeyd edilib.

Reportajda bu hərbi cinayət nəticəsində valideynlərini itirən Sevil və Hüseyn Əliyevalardan da bəhs edilir. pizza sifarişi

“Valideynlərim yatmışdı, mən isə film izələyirdim. Birdən partlayış səsi eşitdim. Divarlar, böyük daş parçaları üzərimə aşdı. Anamdan səs gəlmədi. Atam mənə zəng elədi, amma birdən onun da səsi kəsildi”, - Sevil Əliyeva dəhşətli hadisə barədə “Əl Cəzirə”yə danışarkən deyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!