“Əl-İttihad” Salah üçün 180 milyon avro təklif edir

saytların hazırlanması

Evə çatdırılma

“Əl-İttihad” Salah üçün 180 milyon avro təklif edir

İdman

23 Avqust 2023 15:04 527


"Əl-İttihad" "Liverpul"un futbolçusu Məhəmməd Salah üçün 90 milyon avrodan çox ödəməyə hazırdır. 

Yenisabah.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu 31 yaşlı hücumçu üçün mübarizəni davam etdirir. 

"Əl-İttihad" ümid edir ki, yeni təklif əvvəllər Salahın ayrılmasını istəməyən baş məşqçi Yurgen Kloppun mövqeyini dəyişəcək. pizza sifarişi

Daha əvvəl hücumçunun yeni klubunda iki mövsümdə 180 milyon avro qazana biləcəyi qeyd olunurdu. 

"Liverpul" belə şərtlərlə razılaşarsa, o zaman bu transfer Səudiyyə Ərəbistanı Liqası tarixində (bonuslar istisna olmaqla) ən bahalı transfer olacaq.

Qeyd edək ki, misirli futbolçu 2017-ci ildən "mersisaydlılar"ın formasını geyinir. "Əl-İttihad" isə bir müddətdir onu transfer etməyə çalışır. Lakin "Liverpul"un baş məşqçisi Yurgen Klopp Salahın gedişinə qarşıdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!