İspaniya La Liqasında 11-ci turun oyunları davam edir.
Yenidsabah.az xəbər verir ki, turun mərkəzi və maraqla gözlənilən görüşü bu gün keçiriləcək.
"Barselona" öz meydanında əzəli rəqibi "Real"ı qəbul edəcək. Mövsümün ilk "El-Klassiko"su Bakı vaxtı ilə saat 18:15-də start götürəcək. Toyuqlu pizza
Oyuna marağı həm də komandalar arasında 1 xal fərqinin olması artırır. 10 turdan sonra "Real" 25 xalla ikinci, "Barselona" isə 24 xalla üçüncü sıradadır. Turnir cədvəlinə 28 xalla (11 oyuna) "Jirona" başçılıq edir.
Telegram kanalımız