Əl-Şəybani Bayramova zəng etdi

saytların hazırlanması

Evə çatdırılma

Əl-Şəybani Bayramova zəng etdi

Siyasət

15 Aprel 2025 13:16 206


Suriyanın xarici işlər naziri  Əsəd əş-Şəyibani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı aparıb.

Yenisabah.az SANA-ya istinadla xəbər verir ki, danışıqları zamanı ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və ümumi maraq doğuran məsələlər üzrə birgə koordinasiyanın gücləndirilməsi yolları araşdırılıbr.

Telefon danışığı zamanı Əl-Şəybani və onun azərbaycanlı həmkarı “Suriya hökumətinin enerji sektorunda sabitliyə və yenidənqurma işlərinə nail olmaq, habelə siyasi və iqtisadi sahələrdə əməkdaşlığı genişləndirmək səylərində dəstəklənməsinin” vacibliyini vurğulayıblar. Sezar pizza

Bundan başqa, rəsmi qurumlar arasında kommunikasiya kanallarının aktivləşdirilməsinin və müxtəlif səviyyələrdə səfərlərin təşviq edilməsinin vacibliyi qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!