Əlahiddə Ümumqoşun Orduda məşğələ keçirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Əlahiddə Ümumqoşun Orduda məşğələ keçirildi - Fotolar

Maraqlı

09 May 2023 18:15 665


Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrində bütün növ silah və texnikalara mövsümə uyğun düzgün texniki qulluğun göstərilməsi ilə bağlı məşğələ keçirilib.

Yenisabah.az xəbər verir ki, məşğələ zamanı bölmələrin döyüş gücünü artırmaq məqsədilə hər bir silah və hərbi texnikadan düzgün istismar qaydalarına əməl olunmasının və onların texniki sazlığının qorunmasının vacibliyi diqqətə çatdırılıb.

Məşğələdə silah və texnikanın fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə mövsümü tələblərə uyğun olaraq hissə və mexanizmlərin dəyişdirilməsi, hər növ texnikanın mövsümə uyğun istismar olunması ilə bağlı nəzəri dərslər keçirilib. Pepperoni pizza

Nəzəri dərslərdən sonra atıcı silahlara, avtomobil və zirehli texnikalara, aviasiya və hava hücumundan müdafiə vasitələrinə, rabitə avadanlıqlarına və digər texnikalara texniki qulluğun göstərilməsi praktiki olaraq şəxsi heyətə öyrədilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!