Elariz Amerikada satdığı bahalı dönərlərdən danışdı - Müştərilərə mahnı da oxuyur - Video

saytların hazırlanması

Evə çatdırılma

Elariz Amerikada satdığı bahalı dönərlərdən danışdı - Müştərilərə mahnı da oxuyur - Video

Şou

13 Yanvar 2020 13:20 1814


Amerika Birləşmiş Ştatlarına (ABŞ) köçən müğənni Elariz Məmmədoğlu oradakı fəaliyyətindən danışıb.

“Yeni Sabah” xəbər verir ki, “Ən yaxşısı” verilişində aparıcı Mətanət Əliverdiyeva Elarizlə canlı bağlantı yaradıb. İfaçı bildirib ki, Amerikada bizneslə məşğuldur:

“Burada Türk restoranı açmışam. Burada kabablar və dönər satılır. Dönərin bir dənəsi 6 dollardı. Bu məkana gələn qonaqları ifalarımla da feyziyab edirəm”.  Dördpendirli pizza

Aparıcı zarafatla “Çox bahadır, biz gələsi olmadıq. Qardaş, biz elə öz dönərimizi yeyərik. Biri 10 manata. Nə ətindəndir?” – ifaçıya bildirib.

Elariz isə sualı “Bizim restoranımızda yalnız halal ət verilir. Çünki əti müsəlmanlardan alırıq. Bu bizneslə yanaşı sənətimi də davam etdirirəm” deyərək cavablayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!