Elcan özünü “GUT”ladı: “Qaldı bircə zəngin olmaq”

saytların hazırlanması

Evə çatdırılma

Elcan özünü “GUT”ladı: “Qaldı bircə zəngin olmaq”

Şou

05 İyun 2024 10:54 329


“Saat 05:05, demək olar ki, əksər hallarda bu saatlarda yuxum gəlir və yatmağa hazırlaşıram. Bu saata qədər isə, telefon və planşetdə axtarışlar, nələrsə öyrənmək, daha çox isə kitab oxumaqla məşğul oluram”.

Yenisabah.az xəbər verir ki, bu sözləri "Instagram" hesabında aktyor Elcan Rəsulov yazıb.

O, xəstəlikdən qurtulmaq istədiyini dilə gətirib: Sezar pizza

“Bu gün axtardığım informasiya və oxuduğum kitabların sayəsində ayağımda artıq neçə ildi baş verən və məni incidən xəstəliyin adını tapdım. İnsanın öz dərdini özündən yaxşı heç kim bilməz. Deməli belə, xəstəliyin adı “GUT”dur. Hətta bəzən bu xəstəliyə zəngin adamların xəstəliyi deyilir. Çox yeyib içməkdən, düzgün olmayan pəhriz saxlamaqdan, genetik yollarla və yaxud müxtəlif vasitələrlə yarana bilər.

Ümumiyyətlə, məndə zəngin adamlara xas olan xəstəliklərin çoxu var, qalıb bircə zəngin olmaq. Təbii ki, bu illərdə baş verən ağrılarımın qarşısını almaqda mənə yardımçı olan həkimlər olub. Onların hamısına təşəkkür edirəm. Məhz onların tətbiq etdiyi iynə və dərmanlar vasitəsilə bura qədər gətirmişəm özümü. İndi isə istəyirəm ki, bu xəstəlikdən tam qurtulum.

Düşünürəm ki, tibb durmadan inkişaf edir və bunun da çarəsi artıq tapılıb. Hansısa kitab, hansısa sayt, hansısa savadlı həkim bilsəniz, mənə rəydə yazın, qalanı mənlikdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!