Əlcəzair Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanladı

saytların hazırlanması

Evə çatdırılma

Əlcəzair Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanladı

Siyasət

27 Dekabr 2024 19:52 394


Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Yenisabah.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri. Pepperoni pizza

"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxlu sayda insanın həlak olması və yaralanması barədə xəbər məni dərindən kədərləndirdi.

Dost Azərbaycan xalqının başına gələn faciə ilə əlaqədar Zati-alinizə və həlak olanların ailələrinə Əlcəzair xalqı, hökuməti adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.

Mən Azərbaycan xalqının bu ağır sınaqdan çıxa biləcəyinə əminəm və belə bir çətin zamanda Əlcəzairin ölkənizlə həmrəy olduğunu vurğulayır, xəsarət alanların tezliklə sağalmalarını ürəkdən arzulayıram.

Zati-aliləri, Sizə bir daha dərin hüznlə başsağlığı verir, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!