“Elçibəy də rüşvət almırdı, amma...” –   Deputatdan açıqlama 

saytların hazırlanması

Evə çatdırılma

“Elçibəy də rüşvət almırdı, amma...” – Deputatdan açıqlama 

Siyasət

20 May 2019 09:51 2184


“İqtidar nümayəndələri korrupsuia ilə bağlı faktları təkzib etməməlidir. Korrupsiya ən inkişaf etmiş ölkələrdə də var. Həmin ölkələrdə ona qarşı daha effektli mübarizə aparılır, çünki cəmiyyət buna dəstək verir”.

“Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev deyib. O, bildirib ki, bir illik AXC hakimiyyətinin sonlarında genişlənməkdə olan korrupsiyaya qarşı Prezident Administrasiyasında xüsusi iclas da keçirildi: “O zaman DGK sədri İbrahim Vəliyevin “tankın qarşısında dayananlar rüşvətin qarşısında dayana bilmədi” tezisi dillər əzbərinə çevrilmişdi. Hazırda bəziləri demaqogiya ilə məşğul olaraq söyləyirlər ki, Saakaşvili deyib ki, o rüşvət almadığı üçün Gürcüstanda rüşvət yığışdırıldı. Elçibəy rüşvət almırdı, ancaq İbrahim Vəliyev o məhşur bəyanatla çıxış etmək zorunda qalmışdı. 

Gürcüstanda alt səviyyyədə rüşvətin aradan qaldırılması xalqın artıq başqa cür, rüşvətsiz yaşamaq istəyi ilə bağlı idi. Xalq bunun üçün siyasi səhnəyə çıxmışdı. Azərbaycanda isə xalqımız başqa cür yaşamağa hazır olmadığı üçün Elçibəyi və onun elan etdiyi dəyərləri müdafiə etmədi. Bu gün niyə insanlarımız yerli istehsal olan ərzaq məhsullarına tam etimad göstərmir? Çünki onu istehsal edən həmvətənlərinin dürüstlüyünə inanmır. Ölkəmizin böyük problemləri burdan qaynaqlanır.  Pepperoni pizza

İnsanlar bəzən hansısa dövlət orqanında rüşvətin baş alıb getməsindən danışır, amma mövzu dəyişən kimi deyir ki, bir adam olsaydı haqqını verərdim mənim oğlumu həmin orqanda işə düzəldərdi. Reallıq bundan ibarətdir. Amma hər bir halda dediklərim qətiyyən, dolayısı ilə rüşvətxorluğa haqq qazandırmaq kimi başa düşülməməlidir. Sadəcə problemin kökünün özümüzdə olmasını göstərməkdir.

Düşünürəm ki, bu və qanunun aliliyi ilə əlaqədar digər problemlərin həlli zamanının çatdığını Prezident də görür və bu məqsədlə məhkəmə-hüquq islahatlarının aparılması barədə fərman imzalayıb. Məncə o debatlarda iqtidar təmsilçiləri bu barədə danışmalı və bütün müxalifət qüvvələrini, xalqımızı başqa cür yaşamağa və islahatları dəstəkləməyə çağırmalıdır”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!