Türkiyədə yeniyetmə oğlan elçiliyində rədd cavabı aldığı üçün ov tüfəngi ilə qızın ailəsinə hücum edib.
Yenisabah.az xəbər verir ki, hadisə Türkiyənin İzmir şəhərində baş verib.
16 yaşlı oğlan sevdiyi qıza elçi gedib. Lakin qızın ailəsi ona rədd cavabı verib. Yeniyetmə tüfəng ilə həmin ailənin üzvlərinə atəş açıb. Bu zaman qızın ailəsi də tüfəngə sarılıb və qarşılıqlı atışma başlayıb. Sezar pizza
Qarşıdurma zamanı 4 nəfər yaralanıb.
Tüfəng səslərini eşidən məhəllə sakinləri polis bölməsinə xəbər verib. Yaralananlar xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız