Elçin Cəlilovun qızı: “Atam öləndən sonra dostları bizi axtarmadı”

saytların hazırlanması

Evə çatdırılma

Elçin Cəlilovun qızı: “Atam öləndən sonra dostları bizi axtarmadı”

Şou

22 İyul 2024 14:49 811


Mərhum xanəndə Elçin Cəlilovun qızı Şəlalə Vəliyeva ilk dəfə efirə çıxıb və atası barədə danışıb. 

 Lent.az xəbər verir ki, o atasına həsr edilən “O üz” verilişində  çətinliklə böyüdüyünü bildirib. 

“14 yaşımda atamı itirdim, qəfil getməyi mənə çox pis təsir etdi. Atam dünyasını dəyişən gündən ta gənc yaşlarına kimi çox çətinliklərdən keçdim. Çox boşluqlar oldu. Mən əzab-əziyyətlə böyümüşəm. Onun sənətə gətirdikləri, sənət aləmindən çox dostları olub, amma o dünyasını dəyişəndən sonra onlar atamı axtarmadılar.  Sənət dostlarından heç kim məzarı üstə  gəlmədi, bizi axtarmadı”,- deyə Şəlalə bildirib.  Dominos pizza

 Qeyd edək ki, xanəndə 2005-ci il mayın 10-da 37 yaşında vəfat edib. Onun ölümünə narkotik maddələrdən istifadə səbəb olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!