Elçin Əlibəyli Şahbaz Xuduoğluya:  “Bulvar, kriminal kitablar çap edirsiniz”

saytların hazırlanması

Evə çatdırılma

Elçin Əlibəyli Şahbaz Xuduoğluya: “Bulvar, kriminal kitablar çap edirsiniz”

Maraqlı

02 Dekabr 2022 16:51 835


Tanınmış teleaparıcı Elçin Əlibəyli “Qanun” nəşrlər evinin işçilərini tənqid atəşinə tutub.

Yenisabah.az xəbər verir ki, buna səbəb nəşriyyatın işçilərindən birinin yazıçı Əlisa Nicatın ağır vəziyyətə düşməsində aparıcıları günahlandırması olub.

E.Əlibəyli buna sərt reaksiya verib: Marqarita pizza

“Birini tərifləyən kimi zayı çıxır! "Qanun" nəşriyyatının və onun rəhbərinin Əlisa Nicatla bağlı işini dəyərləndirdik deyə oranın bütün işçiləri mənəviyyat keşikçisi və əxlaq polisi olub, hamının canına daraşıblar. Bəsdir də! Kitab çap edirsiniz, yeri gələndə bulvar, kriminal, fal mövzusunda da. Oradan biri yazır ki, Əlisa bəyin bu vəziyyətdə yaşamasının günahı aparıcılardadır. Məntiqin dörd qanunu başını divarlara vurur! Bəlkə elə nəşriyyatlardadır günah? Yoxsa öz gözünüzdə olanı görmək hissiyyatınız ölüb?” 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!