“Partizan” - “Gent” qarşılaşması Elçin Məsiyevə tapşırıldı

saytların hazırlanması

Evə çatdırılma

“Partizan” - “Gent” qarşılaşması Elçin Məsiyevə tapşırıldı

İdman

16 Avqust 2024 14:32 773


FİFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb. 

Yenisabah.az xəbər verir ki, E.Məsiyev UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Partizan” (Serbiya) - “Gent” (Belçika) qarşılaşmasının baş hakimi olacaq. Bu barədə AFFA-nın saytı məlumat yayıb. 

Elçin Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Kamal Umudlu matçda VAR, Rəşad Əhmədov isə AVAR kimi fəaliyyət göstərəcək.  Dördpendirli pizza

Görüş avqustun 22-də Belqrad şəhərində yerləşən “Partizan” stadionunda keçiriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!