“Elçin Mirzəbəyli üzvlükdən xaric edilməzdən əvvəl...” – ƏHD-nin baş katibi sirri açdı

saytların hazırlanması

Evə çatdırılma

“Elçin Mirzəbəyli üzvlükdən xaric edilməzdən əvvəl...” – ƏHD-nin baş katibi sirri açdı

Siyasət

13 Oktyabr 2025 13:41 1203


“Məlumat doğrudur. Bu gün partiya İdarə Heyətinin ümumi qərarına əsasən Elçin Mirzəbəyli partiya üzvlüyündən xaric olunub”.

Bu sözləri “Yeni Sabah”a Ədalət, Hüquq və Demokratiya (ƏHD) partiyasının baş katibi Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, E.Mirzəbəyli iclasda iştirak etməyib: “Bu qərar da onun müstəqil şəkildə siyasi analitika ilə məşğul olmaq istəyini nəzərə alaraq qəbul oluub. Sezar pizza

Ənənəvi olaraq həftənin ilk iş günü partiyan İdarə Heyətinin ümumi iclası keçirilir. Elçin Mirzəbəyli 2 həftə öncə siyasi məslələr üzrə sədr müavini vəzifəsindən azad olunub. Ona görə də iclasda iştirak etmək hüququ yoxdur. Amma əvvəllər statusu olduğu üçün iclaslarda iştirak edirdi, vəzifəsindən azad olunduqdan sonra səlahiyyətlərini itirib.

Bu gün də ümumi qərara əsasən, Ədalət, Hüquq və Demokratiya partiyasından da xaric edildi”.

Xatırladaq ki, şair-publisist Elçin Mirzəbəyli 2000-ci ilin əvvəllərində müxalif Vətəndaş Həmrəyliyi Partiyasından istefa verib o zaman iki hissəyə bölünən Azərbaycan Xalq Cəbhəsi Partiyasının Qüdrət Həsənquliyevin rəhbərlik etdiyi qanadına keçib. Partiya daha sonra Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, daha sonra isə Ədalət, Hüquq və Demokratiya Partiyası adlanıb. 

E.Mirzəbəyli təşkilatda siyasi məsələlər üzrə sədr müavini postunu tuturdu. Eyni zamanda, bir müddət “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru olub.

2024-cü ildə partiya üzvü kimi 90 saylı Ağsu Seçki Dairəsindən Milli Məclisə deputat seçilib.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!