"Mərkəz" Vəkil Bürosunun rəhbəri, həbsdə olan tanınmış vəkil Elçin Qəmbərovun cinayət işi üzrə məhkəmə araşdırma başa çatıb.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, cinayət işinə xitam verilib, Elçin Qəmbərov məhkəmə zalından azadlığa buraxılıb. pizza hut
Zərərçəkmiş şəxsin şikayətçi olmaması və dəymiş ziyanın tam ödənilməsi yumşaldıcı hal hesab olunub.
Xatırladaq ki, prokuror Elçin Qəmbərovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, Elçin Qəmbərov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.
Cinayət Məcəlləsinin 178.4(xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunan vəkil barəsində həbs qətimkan tədbiri seçilib.
Elçin Qəmbərovun işində zərərçəkmiş qismində Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, hazırda həbsdə olan general-mayor Mövlam Şixəliyevin oğlu Elgün Şixəliyev tanınıb.
Vəkilin Elgün Şixəliyevin 500.000 (beş yüz min) manat pul vəsaitini ələ keçirdiyi iddia olunur.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin 1 iyul 2022-ci il tarixli qərarı ilə Elçin Qəmbərovun vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.
Telegram kanalımız