Elçin Quliyev düşmənin SU-25 döyüş təyyarəsinin məhv edilməsinin təfərrüatını açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Elçin Quliyev düşmənin SU-25 döyüş təyyarəsinin məhv edilməsinin təfərrüatını açıqladı

Hadisə

08 May 2021 14:53 1240


"Döyüş əməliyyatlarının ilk günündən başlayaraq Azərbaycan sər­­hədçiləri Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermə­nis­tanla dövlət sərhədinədək böyük bir ərazini azad ediblər".

Yenisabah.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev deyib.

"Sərhədçilər 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sar­sıdıcı zərbələr endirərək yüzlərlə canlı qüvvəsini məhv edib, Qə­dim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsə­bəsin­də və Zəngilan şəhərində Dövlət bayrağımızı sancıb, qızğın dö­yüş­lər nəticəsində Ermənistanla dövlət sərhədində “Bartaz” və “Şükürataz” strateji yüksəkliklərini azad ediblər. Bu yüksəkliklərin azad edilməsi uğrunda döyüşlər zamanı bölmələrimizin üzərinə ha­va­dan həm­lə edən SU-25 düşmən təyyarəsinin atıcı silahlardan açıl­an atəşlə məhv edilməsi də hərb tariximizə həkk olunub. Dominos pizza

AN-2 təyyarələrinin pilotsuz uçuş aparatları kimi modernləşdi­ri­lərək müasir döyüş elementləri sırasına əlavə edilməsi və xüsusi tət­biqi nəticəsində düşmənin hava hücumundan müdafiə sistem­lərinin və digər strateji hədəflərinin aşkarlanaraq məhv edilməsinə nail olunub", - o bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!