Elçin Quliyevin müavini məhkəməyə gətirildi

saytların hazırlanması

Evə çatdırılma

Elçin Quliyevin müavini məhkəməyə gətirildi

Kriminal

15 May 2020 16:25 1955


Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin müavini, general Əfqan Nağıyev və 4 vəzifəli şəxs hazırda Bakı Hərbi Məhkəməsinə gətirilib.

Yenisabah.az-ın verdiyi xəbərə görə, Korrupsiya qarşı mübarizə baş idarəsinin istintaqı tərəfindən onlar barəsində həbs qətimkan tədbiri seçilməsi üçün verilən təqdimatlara baxılır.

Xatırladaq ki, Ə. Nağıyev və 4 vəzifəli şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.  Pepperoni pizza

General Ə. Nağıyev özünü təqsirli bilməsə də, iki regional idarə rəisi etiraf edərək rüşvəti alaraq ona verdiklərini bildiriblər. Araşdırmanın yekununda onlara Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3-cü (mütəşəkkil dəstə tərəfindən rüşvət alma) maddələri ilə ittiham elan olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!