Elçin Sadıqov Baş Prokurorluğa aparıldı

saytların hazırlanması

Evə çatdırılma

Elçin Sadıqov Baş Prokurorluğa aparıldı

Maraqlı

15 Sentyabr 2022 17:23 992


Rüşvət almada iştirakçılıq ittihamı ilə həbs edilən tanınmış vəkil Elçin Sadıqov yenidən Baş Prokurorluğa aparılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə onun vəkili Cavad Cavadov məlumat verib.

Belə ki, bu gün E.Sadıqovla bağlı Bakı Apellyasiya Məhkəməsində keçirilməli olan məhkəmə təxirə salınıb. Vəkillərə bildirilib ki, istintaq hərəkətləri ilə bağlı Elçin Sadıqov bu gün saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasından Baş Prokuroluğa aparılıb. pizza hut

Onun apellyasiya məhkəməsi sabaha təxirə salınıb.

Qeyd edək ki, sentyabrın 10-da Baş Prokurorluq tərəfindən saxlanılan E.Sadıqov barəsində Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə cinayət işi başlanıb. Binəqədi Rayon Məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

E.Sadıqov öz müvəkkili, iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət alınaraq jurnalist Əvəz Zeynallıya verilməsində vasitəçilik etməkdə ittiham olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!