Eldar Həsənov əməliyyat olundu

saytların hazırlanması

Evə çatdırılma

Eldar Həsənov əməliyyat olundu

Hadisə

13 İyul 2021 00:41 1130


Hazırda həbsdə olan sabiq səfir Eldar Həsənovun üzərində cərahiyyə əməliyyatı keçirilib.

Yenisabah.az xəbər verir ki, sabiq səfir bağırsaq keçməzliyindən əziyyət çəkirmiş.

Səhhəti olduqca pis olan Eldar Həsənov üzərində cərahiyyə əməliyyatı aparılıb. Dominos pizza

Hazırda vəziyyəti stabildir.

Qeyd edək ki, o, bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülmüşdü.

Xatırladaq ki, E.Həsənov Dövlət Təhlükəsizliyi tərəfindən saxlanılıb. Səbail Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.

E.Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308-1.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələri üzrə ittiham irəli sürülüb.

E.Həsənovun sonuncu vəzifəsi Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri olub./Gununsesi.info


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!